Finlandiya səfiri Rusiya XİN-ə çağırılıb

Finlandiya səfiri Rusiya XİN-ə çağırılıb
DÜNYA
20:24 07.04.2022
347
Finlandiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İtaliya və Yaponiyada sərgilərdə nümayiş olunduqdan sonra Finlandiya üzərindən ölkəyə qaytarılan Rusiya muzeylərinə məxsus mədəni sərvətlərin Finlandiya gömrük orqanları tərəfindən saxlanılması ilə əlaqədar sərt etiraz Finlandiyanın Moskvadakı nümayəndəliyinin rəhbəri Antti Helanteraya çatdırılıb.

"Moskva muzeyə məxsus eksponatların Rusiyaya qaytarılması ilə bağlı Finlandiya hakimiyyətinin operativ qərarını gözləyir. Belə bir qərar qəbul olunana qədər Finlandiya tərəfi bu sənət əsərlərinin saxlanmasına görə tam məsuliyyət daşıyır”, - Rusiya XİN-dən bildirilib.
OXŞAR XƏBƏRLƏR