Finlandiyada NATO-nun hərbi təlimləri keçiriləcək

Finlandiyada NATO-nun hərbi təlimləri keçiriləcək
DÜNYA
18:48 09.06.2025
319
İyunun 16-dan 27-dək Finlandiyada NATO-nun "Atlantic Trident 25" hərbi təlimləri keçiriləcək.

Bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilir.

Təlimdə Finlandiya, ABŞ, Böyük Britaniya və Fransa hərbi hava qüvvələri iştirak edəcək və 40-dan çox təyyarə və 1 000-ə yaxın şəxsi heyət cəlb olunacaq.

Təyyarələr Finlandiyanın "Tikkakoski", "Satakunta", "Rissala" və Laplandiyadakı aviabazalarından havaya qalxacaq.

"Atlantic Trident" təlimləri iki ildən bir keçirilir.
 
/report
OXŞAR XƏBƏRLƏR