Finlandiyanın baş naziri Sanna Marin Türkiyə və Macarıstanı Finlandiyanın NATO-ya üzvlük müraciətlərini təsdiqləməyə çağırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiyanın baş naziri Sanna Marin Skandinaviya liderləri ilə birgə mətbuat konfransında danışıb.
Marin Türkiyə və Macarıstanı Finlandiyanın NATO-ya üzvlük müraciətlərini təsdiqləməyə çağırıb.
O, açıqlamasında bildirib:
"Artıq bütün diqqətlər Macarıstan və Türkiyə üzərindədir. Bu ölkələrin müraciətlərimizi təsdiqləməsini gözləyirik. Düşünürəm ki, bunun gec-tez baş verməsi vacibdir”.
Xatırladaq ki, Ukrayna müharibəsindən sonra Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət etmiş, Türkiyə isə veto qoymağa qərar vermişdi.
Mikayıl