Finlandiyanın səfiri Rusiya XİN-ə çağırıldı

Finlandiyanın səfiri Rusiya XİN-ə çağırıldı
DÜNYA
18:30 19.12.2023
173
Finlandiyanın Moskvadakı səfiri Antti Helantera Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd olunub ki, diplomatın Rusiya XİN-ə çağırılmasına səbəb ABŞ və Finlandiya arasında ötən gün imzalanan müdafiə sahəsində əməkdaşlıq sazişidir.
"Rusiya Federasiyası Finlandiya və NATO-nun aqressiv qərarlarına qarşı tədbirlər görəcək”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR