Auditorlar Palatasının Keyfiyyətin İdarə Edilməsi Şöbəsinə yeni rəis təyin olunub.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu vəzifəyə Firəngiz Axundovaya həvalə edilib.
O buna qədər Palatanın Auditin Hüquqi Tənzimlənməsi və Dövlət Orqanları ilə İş İdarəsinin rəis müavini olub.
Xatırladaq ki, bundan əvvəl qurumun Sənədlərin toplanması, qorunması və arxiv işi bölməsinə rəhbər təyin edilmişdi.