Firəngiz Mütəllimova səhhəti ilə əlaqədar Türkiyəyə gedir

MƏDƏNİYYƏT
10:00 21.01.2014
1564
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimova səhhəti ilə əlaqədar Türkiyəyə gedir.
Bu haqda danışan aktrisa bildirib ki, 7 ay öncə keçirdiyi beyin əməliyyatından sonra yanvarın 21-də təkrar müayinə üçün qonşu ölkəyə yollanacaq:
“Hazırda özümü yaxşı hiss edirəm. Hətta dünən çalışdığım Akademik Milli Dram Teatrında “Qarabağnamə” tamaşasında oynadım. Onu da deyim ki, əməliyyatdan sonra həkim Hakan Oruçkaptan mənə yazdığı iki dərmandan birini dayandırdı. Yəqin ki, budəfəki müayinədən sonra ikinci dərmanın da qəbulunu dayandıracaq”.
F.Mütəllimova onu da bildirib ki, Azərbaycanda həkimlər ona heç də düzgün diaqnoz qoymayıblarmış:
“Burada olarkən mənə elə bir diaqnoz qoydular ki… Elə qorxular yaşadım ki. Yaxşı ki, qorxudan ölmədim. Türkiyədəki müayinələr zamanı isə həkim mənə dedi ki, beynimin əsas hissəsində xal var. Kavernoma adlanan bu xal, anadangəlmədir.
Məhz buna görə də əməliyyat olunmalıyam. Əvvəlcə əməliyyat olunmaq istəmədim, çünki çox qorxurdum. Bakıya qayıtdım. Amma gördüm ki, səhhətim pisləşir. Başım gicəllənir, əlim-ayağım keyiyir. Nəhayət, qərar verib, keçən ilin iyunun 17-də əməliyyat olundum. Şükür Allaha şükür ki, hazırda özümü yaxşı hiss edirəm”.
Xatırladaq ki, Firəngiz Mütəllimovanın beynində olan şiş anadangəlmədir. Tibdə beyin kavernoması adlanır.

OXŞAR XƏBƏRLƏR