Teruel şəhərində beşmərtəbəli bina çöküb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın Araqon muxtar icmasında yerləşən Teruel şəhərində beşmərtəbəli bina çöküb.
Regional fövqəladə hallar xidməti tviter səhifəsində verilən məlumata görə beşmərtəbəli binanın 21 mənzilinin sakinləri bina tamamilə çökmədən təxliyə edilib.
Binanın hansı səbəbdən çökməsi bəlli deyil.
Gülay