"Sonuncu konsertində başqa cür oxuyurdu, elə bil ki, özü öz nəğmələrinə əlvida deyirdi”.
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Əməkdar artist Firuzə İbadova mərhum müğənni Aygün Bəylər haqda danışarkən deyib.
"Ağlıma da gəlməzdi ki, Aygün Bəylər bizləri tez tərk edər. Çünki Aygün Bəylər sənət aləmində olan bir inci idi. Hər kəs sənətkar deyə bilər, amma, məncə, Aygün musiqinin xiridarı idi. Onun damarlarında qan deyil, notlar axırdı. Belə bir incini itirdik. Özümə gələ bilmirəm. Mənə elə gəlir ki, musiqinin ritmi dayandı. Musiqinin ritmi get-gedə azalır. Hələlik əlvida. Haçansa görüşəcəyik. Aygün Bəylər tarixdə qalan bir incidir. Mədəniyyət Nazirliyinə, ona kömək edən hər kəsə təşəkkür edirəm. Onu sevənlərə səbr arzulayıram. Onun sonuncu konsertində məni göz yaşları boğurdu. Çox gözəl ifaları var idi. Sonuncu konsertində başqa cür oxuyurdu, elə bil ki, özü öz nəğmələrinə əlvida deyirdi”.










































