Fitso: Slovakiya fevralın 23-də Ukraynaya elektrik enerjisi tədarükünü dayandıracaq

Fitso: Slovakiya fevralın 23-də Ukraynaya elektrik enerjisi tədarükünü dayandıracaq
DÜNYA
17:15 21.02.2026
506
Əgər Kiyev ölkəyə neft tədarükünü bərpa etməsə fevralın 23-də Ukraynaya elektrik enerjisi tədarükü dayandırılacaq.

Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanlanan bu xəbərdarlığı özünün "Facebook" səhifəsində paylaşıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Fitso Ukraynaya dizel yanacağı ixracının dayandırılması barədə göstəriş verib. Buna "Drujba" kəməri ilə Rusiya neftinin ölkəyə nəqlinin dayandırılması səbəb kimi göstərilib.
 
///apa
OXŞAR XƏBƏRLƏR