Fiziki imkanları məhdud rəssam Ramil Əhmədovun sərgisi baş tutdu

Fiziki imkanları məhdud rəssam Ramil Əhmədovun sərgisi baş tutdu
SOSİAL
16:04 17.04.2017
786

Fiziki imkanları məhdud rəssam Ramil Əhmədovun sərgisi böyük maraqla qarşılanıb.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin və Park Bulvarın dəstəyi ilə təşkil edilən və bir çox ziyalıların, tanınmış jurnalistlərin, QHT fəallarının, sənətsevərlərin iştirak etdiyi tədbirdə rəssamın müxtəlif mövzularda çəkdiyi əsərləri tamaşaçılara təqdim edilib. Tədbiri giriş sözü ilə açan millət vəkili Qənirə Paşayeva gənc rəssam Ramil Əhmədovun fitri istedadından bəhs edib.O qeyd edib ki, istedadlı gəncin əsərləri bir daha sübut edir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə heç də digər yaşıdlarından geri qalmır, əksinə daha çox həyata bağlanaraq, öz xəyal və arzularını gerçəkləşdirməyə can atır. Onun sözlərinə görə, sərgidə nümayiş edilən əsərlərə baxdıqca, sanki tamaşaçı Ramil Əhmədovun işıqlı könül dünyasına səyahət edir, onun xəyal və fikirlərinin məhsulu ilə tanış olur. Millət vəkili bildirdi ki, sərgi iştirakçıları birinci qrup əlil olan Ramilin əsərlərindən zövq almaqla yanaşı, həm də rəssama mənəvi və maddi dəstək vermiş olarlar. Park Bulvarın rəsmisi Günay Malikqızı istedadlı rəssam Ramil Əhmədivun əsərlərini çox bəyəndiyini, bu cür istedadlı gənclərin olmasından qürur duyduğunu və bundan sonra da hər zaman dəstək olmağa hazır olduqlarını deyib.

 

Tədbirdə çıxış edən tanınmış jurnalistlər, ziyalılar, sənətsevərlər çıxışlarında rəssamın istedadına heyran olduqlarını vurğuladılar, gələcək fəaliyyətində uğurlar arzuladılar. Beynəlxalq Şoppinq Festivalı çərçivəsində keçirilən fərdi sərgi 10 may tarixinədək davam edəcək və arzu edənlər sərgini ziyarət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər