Fiziki məhdudiyyətli usta tək əllə musiqi alətləri düzəldir - Video

MARAQLI
21:25 02.12.2017
1649
Zaqatala sakini 58 yaşlı İsmayıl Meqjiyevin tək əli olsa da, düzəltdiyi sənət nümunələrinin tayı-bərabəri yoxdur.
 
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Zaqatalanın Danaçı kəndində yaşayan sənətkar heç bir ustadan öyrənmədiyi bu sənətə uşaq yaşlarından maraq salıb və hazırda tək əllə tambur düzəldir.
 
İsmayıl usta ağır xəstəlikdən sonra sağ əlini hərəkət etdirə bilməsə belə, onun düzəltdiyi tambur musiqi alətini nəinki Zaqatala və Balakən rayonlarında, hətta Dağıstanda belə adla axtarırlar.
 
Bir müddət sənətdən uzaqlaşan usta sonra yenidən işinə qayıdıb.
 
Usta bir tamburu düzəltməyə 15-30 gün vaxt sərf edir. Satışın əsasən mövsümi xarakter daşıdığını deyən usta bir il ərzində 4-5 tambur sifarişi alır.
 

OXŞAR XƏBƏRLƏR