Flik mövsümün sonunda “Barselona”dan ayrılacaq

Flik mövsümün sonunda “Barselona”dan ayrılacaq
İDMAN
17:42 05.11.2025
154
"Barselona”nın baş məşqçisi Hansi Flik mövsümünün sonunda klubdan ayrılmaq niyyətindədir.

AZXEBER.COM xəbər verir, bu barədə məlumatı ABC nəşri yayıb.

Mənbənin yazdığına görə, 60 yaşlı alman mütəxəssis qərarını artıq məşqçi heyətinə çatdırıb. O, yorğunluq, bəzi futbolçuların münasibəti və rəhbərliyin yetərincə dəstək göstərməməsini ayrılıq qərarının əsas səbəbləri kimi göstərib.

Təcrübəli mütəxəssis 2024-cü ilin yayında kataloniya klubunun "sükanı arxasına” keçib. Onun rəhbərliyi altında komanda 74 oyun keçirib — 54 qələbə, 8 heç-heçə və 12 məğlubiyyət.

Hazırda "Barselona” La Liqada 25 xalla 2-ci pillədə qərarlaşıb. UEFA Çempionlar Liqasının liqa mərhələsində isə 3 turdan sonra 6 xalla 11-ci yerdədir.

Qeyd edək ki, Flikin "Barselona” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
OXŞAR XƏBƏRLƏR