“Facebook” sosial şəbəkəsinin iştirakçıları arasında online olaraq təqdim olunan “Ulduza yaxın” layihəsinin ilk qonağı olan Flora xanım ən maraqlı sual ünvanlayan iki fanatı ilə görüşüb və imzalı fotolarını hədiyyə edib. Ləman İslamova və Ülya İlyasova müğənni ilə canlı şəkildə görüşmək şansı qazanıblar.Xalq artisti ona ünvanlanan bütün sualları cavablandırıb. Ancaq ən maraqlı iki sual xalq artistinin daha çox diqqətini çəkib. Belə ki, maraqlı təklif verən Vüsal Abdullayev onu anasının məzarı üstündə oxumağa dəvət edib: “Rəhmətlik anam deyərdi ki, öləndə qəbrim üstə Flora oxusa, Habil kamanını sızlatsa, dirilərəm. Məzar başında oxuya bilərdinizmi?”Müğənni fanatının təklifi ilə razılaşıb. O, mərhumun məzarının yerləşdiyi məkanla maraqlanaraq, orda oxuyacağına söz verib.Söhbət əsnasında xalq artistinin mahnılarından anesteziya kimi istifadə olunduğu da məlum olub. Sən demə, dünyada 1-ci dəfə İbrahim bəy Topçubaşov bu üsuldan faydalanıb. Sənətkarın sözlərinə görə, ilk olaraq onun mahnılarından anesteziya kimi istifadə olunub və hazırda məşhur cərrahlar da buna müraciət edirlər.