Flora Kərimovanın yeni imici hələ çox danışılacaq - FOTOLAR

MAQAZİN
00:58 02.03.2013
6853

Flora Kərimova yeni saç düzümü ilə müğənni Milanın təqdimatında iştirak edib.

AZXEBER.COM-un məlumatına görə, ötən gün Milanın “Yaşandı” mahnısının təqdimatı keçirilib. Mahnının musiqisi sevilən və istedadlı bəstəkar Pərviz Mahmudov, sözləri Aygün İsmayılovaya məxsusdur. İki versiyada hazırlanan “Yaşandı”nın lirik versiyasını Rəhman, akustik variantını isə Emin Kərimi aranjeman edib. Iki həftəyə yaxındır radi dalğalarında səslənən mahnı qısa müddət ərzində tələb edilənlər sırasına daxil olub. “Yaşandı”ya rejissor Rəhman Əliyev quruluş verib. Mərasimdə mahnı və ekran işinin yaradıcı heyəti ilə yanaşı Xalq artisti Flora Kərimova və müğənnilər Əbdül Xlaid, günay İbrahimli, Ülvi Qılınc, Elariz Məmmədoğlu, Orxan Babazadə və Arif səlimov iştirak edirdi.

Klib təqdimatında iştirak edən Flora Kərimovanın yeni saç düzü isə daha çox diqqəti çəkib.

Fotolar axsam.az-a məxsusdur.

OXŞAR XƏBƏRLƏR