Dubai-ın ilk qənaətcil flydubai aviaşirkəti Ukraynanın Kiyev, Xarkov və Donetsk şəhərlərinə uçuşlara başlayaraq Fars körfəzi, Kiçik Asiya, Afrika, Hindistan regionu və Avropanın bir hissəsini əhatə edən marşrut şəbəkəsini 44-ə çatdırdı. Bu ölkəyə hava yolunun açılması futbol həvəskarlarına 2012-ci ildə Polşa və Ukraynada keçiriləcək Avropa çempionatına asanlıqla yola düşməyə imkan verəcək. Futbol üzrə Avropa çempionatının yarışları flydubai-ın hava yolu açdığı hər üç şəhərdə baş tutacaq. Final oyunu Kiyevdə keçiriləcək.
Kiyev şəhərinə Flydubai-ın ilk reysi ilə aviaşirkətin Baş Direktoru cənab Qeyt Əl Qeyt gəlmişdir. “Mən fəxr edirəm ki flydubai Yaxın Şərqin ilk qənaətcil aviaşirkətidir ki, Kiyevə, Xarkova, Donetskə birbaşa hava yolu açmış oldu. Əminəm ki, yeni marşrutlarımız Ukrayna və digər region ölkələri ilə daha yaxından tanış olmaq istəyən səyyahlar arasında məşhur olacaq”.
Dubay – Kiyev reysinə biletlər 195 ABŞ dollarından başlayır. Əks istiqamətə - 205 ABŞ dolları. Biletin qiymətinə bütün vergilər, çəkisi 7 kiloya qədər olan əl yükü və 20 kiloya qədər olan baqaj yükü daxildir. Ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 28 ABŞ dolları ödəmək lazımdır.
Biletləri www.flydubai.com internet saytı, +9714 301 0800 nömrəli telefona zəng edərək və turizm şirkətləri vasitəsi ilə əldə etmək mümkündür