Flydubai yenə azərbaycanlı turistləri sevindirdi

MARAQLI
22:41 16.09.2011
1970

Dubayın ilk qənaətcil flydubai aviaşirkəti Sentyabrın 15-dən dünya üzrə yeni avtomobil icarəsi xidmətini istifadəyə verib. CarTrawler şirkəti ilə birgə təqdim olunan xidmət, eksklüziv olaraq flydubai.com saytı vasitəsi ilə 185 ölkənin 35 min şəhər və hava limanlarında, avtomobil icarəsi ilə məşğul olan 650-dən artıq şirkətin ən sərfəli təkliflərindən faydalanmağa imkan yaradır. Qeyd edək ki, cari ildə flydubai sərnişinlər üçün Dubay beynəlxalq hava limanının 2-ci Terminalından Abu Dabi və Əl Əyn şəhərlərinə avtobus xidməti açmişdır.

Yeni layihəni şərh edən CarTrawler şirkətinin satış şöbəsinin rəisi Robin Uayt deyib: “Biz flydubai kimi qabaqcıl aviaşirkət ilə iş birliyi qurmağımıza şadıq. Artıq aviaşirkətlər anlayırlar ki, geniş bazalı podratçılar ilə əməkdaşlıq modeli daha əlverişlidir. CarTrawler ilə tərəfdaşlıq sayəsində flydubai əhəmiyyətli maliyyə mənfəəti əldə edəcək. Aviaşirkət geniş hava yolu şəbəkəsinə malikdir, və biz ümidvarıq ki, avtomobil icarəsi ehtimalı, bilet sifarişi ərəfəsində mühüm faktora çevriləcək”.

Avtomobil icarəsi xidməti www.flydubai.com saytı vasitəsi ilə həyata keçirlir. Flydubai səyahətləri daha əlverişli və ucuz etməyə çalışır. Müştərilər yalnız almaq istədikləri xidmətlərə görə pul ödəyirlər. Biletin qiymətinə çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. 20 kiloya qədər olan baqaj yükünün qiyməti 15 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 10 ABŞ dolları ödəmək lazımdır.

OXŞAR XƏBƏRLƏR