"Fonoqram ifa edənə sənətkar demək olmaz" - Xalq artisti

"Fonoqram ifa edənə sənətkar demək olmaz" - Xalq artisti
MAQAZİN
10:59 22.01.2026
159
"Fonoqram ifa edənə sənətkar demək olmaz. Bunu yığışdırmaq lazımdır. Bir gün belə bir şey baş verərsə, bu mənim bayramım olacaq".
 
AZXEBER.COM xəbər verir ki, bunu xalq artisti, "Natiq ritm qrupu"nun banisi Natiq Şirinov deyib.
 
Sənətdəki 50-ci ilini Heydər Əliyev Sarayında verdiyi konsert ilə qeyd edən xalq artisti "Rəngarəng" verilişinə açıqlamasında bildirib ki, özünə sənətkar deyən insan fonoqram ifa etməməlidir:
 
"Hər kəsə sənətkar demək olmaz. Buna ən birinci səbəb də fonoqram məsələsidir. Düzdür, bizim özümüzdə də məcbur belə hal yaranır, amma olmamalıdır. Nağara sənətinin yazılı təməlini ilk mən qoymuşam, disk yazdırmışam. İndi sənəti zəif olanlar məni təkrarlayır. Amma onlara desən gəl konsert ver, bunu bacarmayacaqlar. Fonoqram məsələsi ümumiyyətlə yığışdırılmalıdır. Ancaq bu zaman sənətkarla sənətsizin fərqi ortaya çıxacaq. Bir gün belə bir şey baş verərsə, bu mənim bayramım olacaq".
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR