Foqts məşqçilərlə görüş keçirdi

Foqts məşqçilərlə görüş keçirdi
İDMAN
10:40 29.02.2012
1290
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts millimizin təlim-məşq toplanışı və yoldaşlıq oyunlarını izləmək üçün BƏƏ-yə getmiş Unibank Premyer Liqası klublarının çalışdırıcıları ilə görüşüb. 
AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi məlumata görə, millinin baş məşqçisinin köməkçisi Nazim Süleymanov, baş məşqçilər – Fuad İsmayılov (“Kəpəz”), Qurban Qurbanov (“Qarabağ”), Bəhmən Həsənov (“Rəvan”), Rafiq Mirzəyev (AZAL), Cüneyt Biçər (“Xəzər Lənkəran”), Kaxaber Tsxadadze (“İnter”) və Bernhard Raabın (“Sumqayıt”) iştirak etdiyi görüşdə milli komandanın və klublarımızın məşq prosesi, futbolçuların hazırlıq səviyyəsi, ümumilikdə, Azərbaycan futbolu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR