‘Foqtsu milliyə AFFA gətirib, onu yola salmaq da onların işidi’ - Ağasəlim Mircavadov

İDMAN
13:12 15.10.2014
1310

“Mənim vaxtımdakı şəraitlə bu günkü şərait arasında yerlə göy qədər fərq var”.

Bu barədə AZXEBER.COM-a açıqlamasında Azərbaycanın təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov yığmammızın biabırçıməğlubiyyətlərindən danışarkən belə deyib. O, bütün imkanların yaradıldığını, amma millinin nədənsə oyun qabiliyyətinin aşağı olmasını bildirib:

“Futbol oynamaq üçün bütün imkanlar yaradıblar. Mən özüm də millinin baş məşqçisi işləmişəm. Mənim vaxtımdakı şəraitlə bu günkü şərait arasında yerlə göy qədər fərq var. Texniki imkanlar baxımından hər şeyimiz var, amma futbolumuz ikişafdan qalıb. Bunun səbəblərini analiz eləmək lazımdır”.

Ağasəlim Mircavadov millinin baş məşqçisi Berti Foqtsun istefa verməməsindən də danışıb.

“ Foqtsu milliyə AFFA gətirib, onu yola salmaq da onların işidi”.  

OXŞAR XƏBƏRLƏR