AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, itkilər sentyabrda 17 dollar civarında satılan "Trump Media & Technology Group"un səhmlərinin qiymətinin azalması ilə bağlıdır. Hazırda şirkətin bir səhmini 10,30 dollara almaq olar.
Amerika lideri Forbesin milyarderlər siyahısında 595-ci yerdədir. Sentyabrın əvvəlində jurnal Trampın sərvətinin 7,3 milyard dollara çatdığını və onu dünyanın ən varlı adamları siyahısında 201-ci yeri tutduğunu bildirib.










































