Bu gün saat 23:00-dan paytaxtın bu yolları bağlanır

Bu gün saat 23:00-dan paytaxtın bu yolları bağlanır
SOSİAL
14:30 11.04.2023
371
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

BŞH-dan AZXEBER.COM-a verilən məlumata görə, bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyevə küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.
OXŞAR XƏBƏRLƏR