Formula 1-in vaxtı dəyişdirildi

Formula 1-in vaxtı dəyişdirildi
İDMAN
11:00 02.02.2018
1232

2018-ci ildə keçiriləcək Formula-1 üzrə bütün Qran-Prilərin başlama saatı dəyişdirilib. 

AZXEBER.COM xəbər verir ki, bu addım yürüşlərin televiziya auditoriyasını artırmaq üçün atılıb.

Əvvəllər mərhələlərin çoxunda yaşıl işıqlar yerli vaxtla saat 14:00-da yanırdısa, indi bu, 14:10-da baş verəcək. Əlavə 10 dəqiqə kommersiya kanallarının rahatlığı üçün edilib. İndi onlar Qran-Pridən əvvəl daha çox reklam verə biləcəklər.

27-29 apreldə keçiriləcək Azərbaycan Qran-Prisi isə Bakı vaxtı ilə saat 16:10-da start götürəcək.


OXŞAR XƏBƏRLƏR