Formula 1, məktəblər, metro... – Sentyabrda Bakını nəqliyyat böhranı gözləyir?

Formula 1, məktəblər, metro... – Sentyabrda Bakını nəqliyyat böhranı gözləyir?
SOSİAL
12:05 04.09.2026
626

Sentyabr ayında Bakıda nəqliyyatın hərəkətinə təsir göstərə biləcək bir sıra amillərin eyni vaxta təsadüf etməsi paytaxt yollarında sıxlığın artacağı ilə bağlı narahatlıqları gündəmə gətirib.

Belə ki, Formula 1 yarışları ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq. Bununla yanaşı, metropolitendə aparılan təmir işləri səbəbindən sərnişinlərin bir hissəsinin avtobuslardan istifadəyə yönəlməsi, məktəb və ali təhsil müəssisələrində yeni tədris ilinin başlaması nəqliyyatın hərəkətinə əlavə yük yarada bilər. 

Maraqlıdır, bütün bu amillərin eyni vaxtda baş verməsi Bakıda ciddi nəqliyyat probleminə, hətta şəhər yollarında iflic vəziyyətinin yaranmasına səbəb ola bilərmi? 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sentyabr ayında yolların yüklənməsi qaçılmaz olsa da, aidiyyəti qurumların həyata keçirdiyi tədbirlər ciddi problemlərin qarşısını almağa imkan verə bilər: 

"Formula 1 yarışları, məktəblərin fəaliyyətə başlaması və metropolitendə xətlərin ayrılması ilə bağlı aparılan təmir işləri təbii olaraq yolların nəqliyyat hərəkətinə müəyyən qədər təsir göstərəcək. Hazırda aidiyyəti qurumlar yaranacaq yükü tənzimləmək və mümkün problemlərin qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirirlər. AYNA tərəfindən əlavə 150 avtobusun xəttə buraxılması nəzərdə tutulur. Bu avtobusların daha çox yüklənən marşrutlara yönləndirilməsi gözlənilir. Burada, sözsüz ki, ən böyük yük Yol Polisinin üzərinə düşəcək. Nəqliyyatın hərəkətinin tənzimlənməsi, yollarda intizamsız sürücülərə qarşı mübarizə aparılması və zərurət yarandıqda hərəkət istiqamətlərinin dəyişdirilməsi polis əməkdaşlarının işini daha da ağırlaşdıracaq. Lakin hər il olduğu kimi, bu dəfə də Yol Polisi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək. Çünki artıq bununla bağlı hazırlıq işləri aparılıb, müvafiq təlimatlar verilib və xidmətin necə təşkil olunacağı müəyyənləşdirilib. Əminəm ki, həm Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ictimai nəqliyyatın düzgün idarə olunması, həm də Yol Polisinin fədakar xidməti yollarda ciddi problemlərin yaranmasının qarşısını almağa imkan verəcək. Bununla yanaşı, vətəndaşların şəxsi avtomobillərdən daha az istifadə edərək ictimai nəqliyyata üstünlük verməsi vəziyyətin daha da yaxşılaşmasına səbəb ola bilər”.

 

Ekspert metropolitendə aparılan işlərin də nəqliyyat sisteminin inkişafı baxımından vacib olduğunu vurğulayıb: 

"Metropolitendə xətlərin ayrılması da məhz nəqliyyat sisteminin inkişafına xidmət edən addımlardan biridir. Biz metro sisteminin inkişafından danışırıq, amma xətlərin ayrılması prosesini problem kimi qiymətləndiririk. Halbuki metroda ilk növbədə görülməli işlərdən biri məhz xətlərin ayrılması idi və artıq bu istiqamətdə işlər həyata keçirilir. Düşünürəm ki, qarşıdakı 10 aylıq proses müəyyən qədər ağır keçəcək. Lakin bütün aidiyyəti qurumlar buna səfərbər olunub. Onların açıqlamalarından da aydın olur ki, sıxlığın və tıxacların qarşısının alınması üçün konkret tədbirlər müəyyənləşdirilib”. 

E.Muradlı bildirib ki, əsas yollardan əlavə, məhəllədaxili küçələrə də xüsusi diqqət yetirilməlidir: 

"Burada diqqət yetirilməli bəzi xırda, lakin əhəmiyyətli məqamlar da var. Xüsusilə məhəllədaxili yolları qeyd etmək istərdim. Belə yollar alternativ marşrut kimi sürücülər üçün böyük əhəmiyyət daşıyır. Lakin bəzi hallarda bu küçələrdə vəziyyət sabit olsa da, nəzarət lazımi səviyyədə olmur. Hesab edirəm ki, aidiyyəti qurumlar məhəllədaxili yolları da nəzarətə götürsələr və həmin ərazilərdə hərəkətin düzgün təşkilinə diqqət yetirsələr, bu küçələr alternativ yol kimi əsas yollardakı yükün əhəmiyyətli hissəsini üzərinə götürə bilər. Bu kimi məsələlərə də diqqət yetirilməsi, avtobusların hərəkətinin düzgün tənzimlənməsi və Yol Polisinin ərazilərdə operativ və çevik xidmət göstərməsi nəqliyyatın hərəkətinin daha effektiv təşkilinə müəyyən qədər imkan verəcək”.

 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
23:07 06.10.2026
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
Dəm qazının qurbanı oldu - VİDEO
22:56 06.10.2026
Dəm qazının qurbanı oldu - VİDEO
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO