Azərbaycanda ilk dəfə keçirilən Formula 1 yarışması, "Avropa Qran Prisi" Park Bulvar ticarət mərkəzində yerləşən Park Cinema kinoteatrında nümayiş etdiriləcək. Ekranlarda birbaşa yayımı nümayiş olunacaq yarışlara tamaşaçılar rahat vəziyyətdə tamaşa edə biləcəklər.
Böyük ekranda yarışa baxmaq üçün biletləri Park Bulvar ticarət mərkəzində yerləşən Park Cinema kinoteatrının kassalarında əldə etmək, həmçinin onlayn almaq sifariş etmək mümkündür. Park Cinema hər zaman tamaşaçı maraqlarını nəzərə aldığı üçün, biletlərin qiymətini minimal olaraq 5 AZN-ə endirdiyini bəyan edib. Onu da qeyd edək ki, Formula-1 yarışlarının keçirilməsi zamanı Park Bulvar adi rejimdə işləyəcək.