"Formula 1" üzrə Bəhreyn və Vyetnam Qran-priləri qeyri-müəyyən müddətə təxirə salınıb.
AZXEBER.COM yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, təşkilatçılar koronavirus pandemiyasının geniş miqyasda yayılmasına görə bu addımı atıb.
Bəhreyn Qran-prisi 20-22 martda, Vyetnamdakı yarış isə 2-5 apreldə baş tutmalı idi.
Qeyd edək ki, "Formula 1" rəhbərliyi Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb. 5-7 iyunda isə Azərbaycan Qran-prisi təşkil olunmalıdır.