Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "McLaren" pilotu Oskar Piastri liderliyi ələ keçirib.
"Report"un məlumatına görə, 23 yaşlı sürücü 20-ci dövrədə buna nail olub.
"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.