"Formula 1" üzrə Braziliya Qran-prisinin qalibi müəyyənləşib

İDMAN
23:52 03.11.2024
290
"Formula 1” üzrə Braziliya Qran-prisinin qalibi müəyyənləşib.

San-Pauluda keçirilən yarışda "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen finişə hamıdan tez çatıb.

Digər iki pilləni isə "Alpine"nin fransalı üzvləri tutub. Esteban Okon ikinci, Pyer Qasli isə üçüncü olub.

Qeyd edək ki, bu gün baş tutan təsnifat mərhələsinin qalibi "McLaren” komandasının britaniyalı pilotu Lando Norris olmuşdu.

///report

OXŞAR XƏBƏRLƏR