"Formula 1"ə hazırlığa görə bu yol bağlı olacaq

"Formula 1"ə hazırlığa görə bu yol bağlı olacaq
SOSİAL
15:33 20.08.2024
152
Bakı şəhərində "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıqlar məqsədi ilə yollarda quraşdırma işləri sürətlə davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AZXEBER.COM-a verilən məlumata görə, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.

OXŞAR XƏBƏRLƏR