"Formula 1"ə hazırlığa görə Neftçilər prospektində hərəkət məhdudlaşacaq - Bu saatlarda...

"Formula 1"ə hazırlığa görə Neftçilər prospektində hərəkət məhdudlaşacaq - Bu saatlarda...
SOSİAL
17:26 27.08.2024
173
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar Bakının bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.
 
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 27-si saat 23:59-dan avqustun 28-i saat 05:45-dək yerüstü piyada keçidinin quraşdırılması ilə bağlı Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaq.
 
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq.
OXŞAR XƏBƏRLƏR