"Formula-1"lə bağlı hələ qərar yoxdur" - Operativ Qərargah

"Formula-1"lə bağlı hələ qərar yoxdur" - Operativ Qərargah
İDMAN
22:28 13.03.2020
5175
"Karate üzrə Avropa çempionatı ləğv olunub. Bakıda keçiriləcək "Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə bağlı hələ qərar yoxdur”. 

AZXEBER.COM-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, vəziyyətə uyğun olaraq "Formula-1” ilə bağlı qərar qəbul ediləcək: "Azərbaycan Qran-prisi yayda keçirilməlidir. O dövrə qədər vəziyyətdən asılı olaraq qərar qəbul ediləcək".
OXŞAR XƏBƏRLƏR