“Fotojurnalistikaya Dəstək Proqramı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi - FOTO / VİDEO

“Fotojurnalistikaya Dəstək Proqramı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi - FOTO / VİDEO
SOSİAL
13:50 15.02.2025
887
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində "Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində keçirilən layihənin qaliblərinin mükafatlandırma mərasimi baş tutub.

AZXEBER.COM xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, BDU, Mətbuat Şurası və "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində baş tutub.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və digər şəxslərin iştirak etdiyi tədbirdə sözügedən müsabiqənin qalibləri açıqlanıb. Müsabiqədə qalib seçilən BDU-nun Jurnalistika fakültəsinin tələbələri Nəzri Süleymanova və Aytən Babaşova diplom və pul mükafatı ilə təltif edilib.

Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, bu müsabiqə təlimlərdə iştirak edib, sertifikat alan gənc fotojurnalistlər arasında keçirilib.

Qeyd edək ki, "Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində keçirilən dördgünlük təlimlər BDU-da baş tutub. Sertifikatların təqdimetmə mərasimi isə Mətbuat Şurasında keçirilib.

Təlimlərdə BDU-nin Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, fotojurnalistika üzrə mütəxəssis Mirakif Babayev, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü Vüqar İbadov, BDU Jurnalistika fakültəsinin müəllimi Aygün Qurbanlı, "Anadolu” agentliyinin foto müxbiri Ruslan Rəhimov və Rəsul Rəhimov, "Reuters” agentliyinin əməkdaşı Əziz Elxanoğlu öz təcrübələrini gənc fotojurnalistlərlə bölüşüblər.

Xatırladaq ki, bu təlimlər, Azərbaycanda gənc fotojurnalistlərin və bu sahədə çalışmaq istəyən tələbələrin yaradıcılıqlarını inkişaf etdirmək və kommersiyalaşdırmaq üçün imkanlar yaratmaq məqsədi güdür. Layihə, fotojurnalistlərin və tələbələrin işlərini rəqəmsal platformalarda yaymaq və satmaq üçün imkanlar yaratmaq, həmçinin yerli və beynəlxalq əməkdaşlıqları təşviq etməkdədir.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
22:43 10.10.2026
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
22:36 10.10.2026
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
22:27 10.10.2026
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
22:18 10.10.2026
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
22:12 10.10.2026
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
22:03 10.10.2026
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
21:56 10.10.2026
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
21:49 10.10.2026
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
21:42 10.10.2026
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
21:32 10.10.2026
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
21:23 10.10.2026
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
21:17 10.10.2026
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
21:10 10.10.2026
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
21:01 10.10.2026
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
20:52 10.10.2026
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
Yer kürəsində maqnit fırtınası başladı
20:46 10.10.2026
Yer kürəsində maqnit fırtınası başladı