"Fox News": Tramp Zelenskini qovdu

"Fox News": Tramp Zelenskini qovdu
SİYASƏT
23:27 28.02.2025
390
Tramp Ağ Evdəki mübahisədən sonra Zelenskidən getməsini istəyib.

Bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, bu mübahisə nəticəsində ABŞ və Ukrayna arasında nadir metallarla bağlı sazişin imzalanması ləğv edilib.

Bildirilir ki, Tramp Zelenskiyə ABŞ-dən təhlükəsizlik zəmanətləri tələb etdiyi üçün "hörmətsizlik" göstərdiyini bildirib və onu sülh müzakirələrinə hazır olmadığı üçün tənqid edib. Bu hadisə iki ölkə arasında davam edən gərgin münasibətləri daha da kəskinləşdirib.

Sazişin ləğvi ABŞ və Ukrayna arasında iqtisadi və strateji əməkdaşlığın gələcəyi ilə bağlı suallar yaradıb.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR