Frankfurt hava limanında etiraz aksiyası: 50 aviareys ləğv edildi

Frankfurt hava limanında etiraz aksiyası: 50 aviareys ləğv edildi
DÜNYA
12:02 25.07.2024
127
Almaniyada iqlim fəallarının Frankfurt hava limanında keçirdiyi aksiyaya görə 50 aviareys ləğv edilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, iqlim fəallarının aksiyası səbəbindən Frankfurt hava limanında hava hərəkəti müvəqqəti olaraq dayandırılıb. 
 
Polisin fəallara müdaxiləsindən sonra gecikmə yenidən başlayıb.

Hava limanının sözçüsü aksiyaya görə 50 reysin ləğv edildiyini açıqlayıb.

Polis 8 fəalın saxlanılaraq şəxsiyyəti müəyyən edildikdən sonra onlara qarşı hava hərəkətinə təhlükəli müdaxilə və icazəsiz girişə görə cinayət işi qaldırıldığını bildirib.

Qeyd edək ki, iqlim fəalları iyulun 24-də Köln-Bonn hava limanında hava nəqliyyatını təxminən 3 saat iflic etmişdi.

İki gündür davam edən etiraz aksiyalarına görə polisin bütün hava limanlarında təhlükəsizliyi artırmağa qərar verdiyi öyrənilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR