Oktyabrın 10-da Parisdəki "Park de Prens” stadionunda keçirilən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsindəki Fransa – Azərbaycan oyunu (3:0) zamanı erməni təxribatı baş verib.
AZXEBER.COM xəbər verir ki, qarşılaşma zamanı tribunada olan bir qrup Fransa ermənisi "Artsax” bayraqları qaldıraraq "Girovları azad edin” sözləri yazılmış plakatlar nümayiş etdirib. Onlar bu yolla guya Azərbaycanda saxlanılan erməni əsir və mülki şəxslərlə bağlı beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə çalışıblar.
Hadisə zamanı stadionun təhlükəsizlik xidməti bayraqlara müdaxilə edərək onları ərazidən uzaqlaşdırıb.