‘Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir’ - Səfir

SİYASƏT
02:22 20.11.2015
1092
Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın müstəqilliyini tanımır.
"Report" xəbər verir ki, bu barədə cümə axşamı Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Aureliya Buşe jurnalistlərin "Paris meri Qarabağda icma mərkəzlərinin tikintisinə yönələcək vəsait yığımında iştirak edir və Fransa ikili standartlara yol verir" sualına cavab verərkən bildirib.
Səfir bu təşəbbüs barəsində məlumatsız olduğunu bildirib.
"Fransanın mövqeyi aydındır. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın müstəqilliyini tanımır. Hətta Fransa meri bu layihənin reallaşdırılmasında iştirak etsə belə, bu, rəsmi Parisin mövqeyini nümayiş etdirmir", - deyə o qeyd edib.
"Amma məsuliyyətlə deyə bilərəm ki, Fransa Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı tam olaraq dəstəkləyir. İndiki halda ikili standartlardan danışmağa heç bir əsas yoxdur", - deyə Buşe əlavə edib.
OXŞAR XƏBƏRLƏR