Fransa Liqa 1-in X turunda "Marsel" - "Lion" oyununun ləğvinə səbəb olan iğtişaşların iştirakçısı olduğu iddia edilən 9 nəfər saxlanılıb.
Bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen məlumat verib.
O, hadisə nəticəsində 5 polis əməkdaşının yaralandığını bildirib.
Nazir hüquq-mühafizə orqanlarının münaqişəyə səbəb olan digər şəxslərin axtarışlarını davam etdirdiyini söyləyib.
Qeyd edək ki, ötən gün qarşılaşma başlamamışdan əvvəl bir qrup "Marsel" azarkeşi "Lion"un futbolçuları və məşqçilər heyətinin olduğu avtobusa daş atıblar. Qonaqların baş məşqçisi Fabio Qrosso üzündən xəsarət alıb. İğtişaşlar fonunda Fransa Futbol Federasiyası matçın ləğv olunduğunu elan ediblər.