"Fransa Cənubi Qafqazdakı prosesləri qarışdırıb Azərbaycanı qıcıqlandırmaq istəyir" - Politoloq

"Fransa Cənubi Qafqazdakı prosesləri qarışdırıb Azərbaycanı qıcıqlandırmaq istəyir" - Politoloq
Siyasət
12:42 21.06.2024
347
"Fransanın Ermənistanı silahlandırması ilk belə hadisə deyil. Verilən silahların təyinatından asılı olmayaraq məqsəd birdir və dəyişməzdir. Rəsmi Paris İrəvanı silahlandıraraq faktiki olaraq regionda davam edən sülh və delimitasiya prosesini zədələmək və pozmaq istəyir".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında politoloq Turan Rzayev Fransanın növbəti dəfə Ermənistanı silahlandırmasından danışarkən deyib.

 

Siyasi ekspert bildirib ki, Fransa Cənubi Qafqazdakı prosesləri qarışdırıb Azərbaycanı qıcıqlandırmaq istəyir:
 
"Fransa yaxşı bilir ki, Cənubi Qafqazdakı vəziyyət olduqca həssasdır və hər an dəyişməyə uyğundur. Bu baxımdan da Paris mümkün dərəcədə prosesləri qarışdırıb rəsmi Bakını qıcıqlandıracaq addımlar atır. Nəticə etibarilə də bununla da gərginliyi artırmağı hədəfləyir. Təbii ki, proseslərin pərdəarxası məqamlarına baxdıqda Fransanın regionda gərginliyi artırmasından əlavə həm də burada Azərbaycana qarşı da verilən konkret bir mesaj var. Bu, Azərbaycanın mövqeyi deyil.
 
Bakı Təşəbbüs Qrupunun fəaliyyətləri, xüsusən də Fransanın dəniz aşırım torpaqları olan Yeni Kaledoniya və s. ərazilər, burada yaşayan xalqların haqq səsinə dəstək verilməsi görünür rəsmi Parisi ciddi şəkildə narahat edib. Fransa vaxtiylə attığı addımları özünə qarşı atıldığını görəndə belə təəccüblə yanaşır. Bundan əlavə, xatırlayırsınızsa, Cənubi Qafqazda Fransa agenturasına qarşı DTX tərəfindən çox ciddi bir əməliyyat keçirilmişdi. Bu əməliyyatın da təsirləri hələ unudulmayıb. Bütün bu nüansları götürsək, deyə bilərik ki, Fransanın Azərbaycana qarşı bir quyruq acısı var və özü birbaşa nəsə deyə bilmədiyi üçün Ermənistanı silahlandıraraq bu ölkə üzərindən gərginliyi artırmağa çalışır.
 
Siyasi şərhçi hesab edir ki, Azərbaycan indiyədək kifayət qədər Fransaya lazımi cavablar verib:
 
"Hesab edirəm ki, Azərbaycan onsuz da Fransaya qarşı kifayət qədər mühüm addımlar atıb. Dediyim kimi, Fransa agenturasının ölkəmizdə çökdürülməsi, bundan savayı, Yeni Kaledoniya və digər müstəmləkə ərazilərinə dəstəyin ifadə edilməsi, habelə ATƏT-in Minsk qrupu kimi köhnəlmiş "qurum"un prosesdən kənarda saxlanılması, Brüssel görüşləri çərçivəsində Fransanın iştirak etməməsini şərt qoşmaq kimi məsələlər olduqca effektiv cavablar idi. Amma indiki məqamda yeni hansı addımlar ata bilərik? Rəsmi Bakı Fransanı "Total" şirkətiylə təhdid edə bilər. "Total" şirkət nə qədər siyasi proseslərdən uzaq olduqlarını bildirsələr də reallıq ondan ibarətdir ki, bu şirkətlər Fransanındır və ölkəyə milyardlarla dollar qazandırır. Ona görə də bu şirkət üzərindən hərəkət etmək daha ağlabatan fikirdir".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
Tarixdə bu gün - 28 avqust nə günüdür?
13:07 28.08.2025
Tarixdə bu gün - 28 avqust nə günüdür?
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
Prezident qəbul keçirdi - FOTOLAR
12:49 28.08.2025
Prezident qəbul keçirdi - FOTOLAR
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
12:45 28.08.2025
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
12:36 28.08.2025
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
12:23 28.08.2025
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
12:16 28.08.2025
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
12:03 28.08.2025
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
Tanınmış ginekoloq vəfat etdi - FOTO
11:53 28.08.2025
Tanınmış ginekoloq vəfat etdi - FOTO
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
11:48 28.08.2025
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
11:29 28.08.2025
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
11:10 28.08.2025
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək
10:57 28.08.2025
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək