“Fransa demokratik ölkə deyil” - Deputat

“Fransa demokratik ölkə deyil” - Deputat
SOSİAL
11:06 17.05.2024
254
Dünya XXI əsrin 24-cü ilində neokolonial siyasətin ən amansız və aşkar təzahürü ilə üz-üzədir.

Fransa XIX əsrin ortalarından əsarətdə saxladığı, öz sərhədlərindən 20 min kilometr uzaqda - Sakit okeanda yerləşən Yeni Kaledoniya qoşun yeridib. Eyni zamanda Fransa Hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün "TikTok” sosial şəbəkəsinə çıxışı blok edib. Yeni Kaledoniya xalqı informasiya blokadası tətbiq etmək üçün bütün internetin kəsilə biləcəyindən, ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Fransanın Yeni Kaledoniyaya xüsusi təyinantlılar göndərməsi müasir müstəmləkəçiliyin ən eybəcər formasıdır. Fransa bu yolla etiraf edir ki, ölkə heç də demokratik deyil, neokolonial ölkədir:

"Fransa demokratik deyil, neokolonial ölkədir. Fransanın Yeni Kaledoniyaya xüsusi təyinantlılar göndərməsi müasir müstəmləkəçiliyin ən eybəcər formasıdır. Özünü bütün dünyaya demokratiya beşiyi, mədəniyyət simvolu kimi təqdim edən Fransa XXI-ci əsrdə öz azadlığı uğrunda mübarizə aparan kanak xalqına qarşı assimmetrik güc tətbiq etməklə etiraf etmiş olur ki, Fransa demokratik deyil neokolonial ölkədir. Fransa onun dənizötəsi torpaqları adlandırdığı əslində isə işğal etdiyi ərazilərdə get-gedə daha da kəskinləşir. 1998-ci ildə kanak xalqına seçmək və təmsilçilik hüququ verən Fransa indi bu məhdud hüququ da onların əlindən almağa çalışır. Demokratiyanı, insan hüquqlarını eybəcər formada manipuliyasiya edərək, seçki qanunvericiliyini yerli xalqın iradəsinin əleyhinə olaraq dəyişdirir. Beləliklə, onsuz da Fransanın ekspansiya siyasəti sayəsində öz ölkələrində azınlıq vəziyyətinə salınmış kanakların adaya yerləşdirilən miqrantlara qeyri-qanuni səsvermə hüququ tanımaqla kanakların səslərini daha da azaltmaqla faktiki olaraq onların öz torpaqlarında hüquqlarını tamamilə məhdudlaşdırır. Ən pisi isə odur ki, bütün bunları demokratiya adı altında həyata keçirir. Kanakları öz torpaqlarında adaya köçürülən və Fransa yandaşları olan miqrantlara uduzduracaq qanunu isə seçki hüququnun genişləndirilməsi adı altında edir. Bu riyakarlığı qəbul etməyən kanaklara isə güc tətbiq edir. Hazırda Fransanın güc strukturları 10-dan çox günahsız Yeni Kaledoniyalını öldürüb, yüzlərlə insanı həbs edib. Kanakların iş yerlərini, təsərrüfat sahələri və əmlaklarını dağıdaraq, ölkəyə 200 milyon avrodan çox ziyan vurub. Cəmisi 600 min sakini olan bir adanın iqtisadiyyatı üçün bu dağıdıcı ziyandır”. 

Deputat deyib ki, Fransa höküməti öz çirkin əməllərini heç bir vasitə ilə gizlədə bilməz:

"Ən pisi isə odur ki, Fransanın daxili işlər naziri Jerar Darmaninin "France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı iddialar səsləndirib. Bütün bunların günahkarı qismində xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərir. Beləliklə özünün müstəmləkə siyasətini gizlətməyə çalışır. Əgər Azərbaycan beynəlxalq hüququ, öz azadlığını bərpa etməklə dünyada əzilən xalqların mübarizə simvoluna çevrilibsə, buna ilk növbədə demokratiya, beynəlxalq hüquq ,insan hüquqları kimi dəyərləri başlıca prinsip elan edən dövlətlər sevinməlidir. Fransa isə bunun tamamilə əksini edir. Ona görə də Fransanın beynəlxalq hüquq, yaxud demokratiyadan danışmağa mənəvi haqqı yoxdur. Fransa höküməti öz çirkin əməllərini hər hansısa bir sosial şəbəkəni məhdudlaşdırmaqla da gizlədə bilməz”.

Onu da qeyd etmək lazımdır ki, Fransa Hökuməti öz əməllərini heç bir vasitə ilə gizlədə bilməyib. Belə ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində hazırda iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Fransa Hökuməti tərəfindən ölkəsində törədilən qırğınlar barədə BMT-nin üzv ölkələrini məlumatlandırıb. Qətlə yetirilənlər arasında gənclərin olduğunu qeyd edib.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR