Fransa Ermənistanı niyə yenidən silahlandırır? - Deputat mühüm detalları AÇIQLADI

SİYASƏT
16:32 22.02.2024
293
"Fransa prezidenti Emmanuel Makron Ermənistan baş naziri Nikol Paşinyanı yanına çağıraraq təlimatlandırır və Cənubi Qafqazda gərginliyi artırmağa çalışır".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov ötən gün Makronun Paşinyanla görüşündən danışarkən deyib.
 
Deputat qeyd edib ki, Makron bu görüşdə Azərbaycan Ermənistan münasibətlərinə zərbə vurur:
 
"Belə ki, birgə mətbuata bəyanatında Makron Azərbaycanı Ermənistan təxribatına qeyri - adekvat cavab verilməsində günahlandırır, Ermənistana silah tədarükü ilə bağlı fikirlərini açıqlayır və Azərbaycan- Ermənistan münasibətlərinin normallaşması prosesinə zərbə vurur".
 
Millət vəkilinin fikrincə, Paşinyan və Makron bilməlidirlər ki, əgər yenidən hər hansı bir təxribat təkrarlanarsa, Azərbaycan ordusu layiqli cavab tədbirləri görəcək:
 
"Son 5 ayda Azərbaycanla Ermənistan şərti sərhədində sabitlik höküm sürürdü. Ermənistanı törətdiyi təxribatla bu sakitliyi pozduğuna görə ittiham olunmalı olduğu halda, Makronun əksinə Azərbaycanı ittiham etməsi ölkəmizə olan qəzəb və düşmənçilkdən irəli gəlir. Makron və Paşinyan birmənalı bilməlidirlər ki, Azərbaycan ordusu öz sərhədlərini göz bəbəyi kimi qoruyur və yenidən belə bir təxribat təkrarlanarsa cavabımız daha da ağır olacaqdır. 
 
Makron həm də Azərbaycanın ünvanına əssasız iddialar səsləndirərək Qarabağdan könüllü çıxmış ermıəniləri etnik təmizlənməyə məruz qaldığını bildirir və onların hüquqlarından danışır. Makron 1 milyon azərbaycanlının 30 il qaçqın və məcburi köçkün olduğu vaxtlarda insan haqlarından niyə danışmırdı?, Makronun gözü ilə belə çıxır ki, azərbaycanlılara qarşı spoyqırımılar törətmək olar, amma erməniyə güldən ağır söz demək olmaz. Makron unutmasın ki, bugünkü Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycan dövləti öz haqqını və ədalətini qoruya bilən ölkəyə çevrilmişdir. Makron və Paşinyana köhnə düşüncələrini birədəflik yadlarından çıxartmağını tövsüyyə edirəm. 
 
Deputat hesab edir ki, Fransanın Ermənistanı silahlandırılmasında məqsədi Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq və öz mövqelərini möhkəmlətmək cəhdləridir: 
 
"Fransanın Ermənistanı silahlandırılmasında məqsədi Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq və öz mövqelərini möhkəmlətmək məqsədi daşıdığını hesab edirəm. Fransa Ermənistanı silahlandırmaqla, hərbi təlimlər keçirməklə  yenidən müharibəyə hazırlayır. Amma onlar yaddan çıxartmasınlar ki, Azərbaycan da əllərini sallayıb boş oturmayıb. Biz ordumuzun peşakarlığını günü-gündən artırırıq. Keçən ilin sentyabrında keçirdiyimiz lokal xarakterli antiterror tədbirləri zamanı ordumuzun gücünü bir daha görmüsünüz. Belə olan halda yenidən müharibə haqqında düşünmək Fransa və Ermənistanın axmaqlığı olduğunu hesab edirəm".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR