Fransa iPhone 12 modelini qadağan etdi - SƏBƏB

Fransa iPhone 12 modelini qadağan etdi - SƏBƏB
DÜNYA
11:33 13.09.2023
244

Fransada iPhone 12 ilə bağlı diqqətçəkən bir qərar verilib.

AZXEBER.COM xəbər verir ki, Fransanın Rəqəmsallaşma və Telekommunikasiya naziri Jan-Noel Barrot ölkədə iPhone 12 model telefonların satışının növbəti xəbərdarlığa qədər qadağan edildiyini açıqlayıb.

"X” sosial media platformasındakı açıqlamasında o, ABŞ texnologiya nəhəngi "Apple”ın bir yeniləmə gətirənə qədər Fransada iPhone 12 model telefonun satışının dayandırıldığını bildirib.

Belə ki, elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlamaya görə, 141 telefon modeli üzərində edilən yoxlanışda iPhone 12-lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib.

Ayşən

OXŞAR XƏBƏRLƏR