Fransa İslam Şurasından Milad yarmarkasına hücuma REAKSİYA

Fransa İslam Şurasından Milad yarmarkasına hücuma REAKSİYA
SİYASƏT
14:25 23.12.2024
215
Fransa İslam Şurası (CFCM) Almaniyada Milad bazarında hücumda şübhəli bilinən şəxsin islami motivlərlə hərəkət etdiyi və sosial mediada yayılan dezinformasiya ilə bağlı "əsassız" iddialara reaksiya verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan dezinformasiyaların sosial gərginliyi artırdığı qeyd edilib.

CFCM-dən verilən yazılı açıqlamada, 21 dekabrda Almaniyanın Maqdeburq şəhərində Milad bazarına edilən və 5 nəfərin həyatını itirdiyi hücumdan dərhal sonra cinayətkarın İslami motivlərlə hərəkət etdiyinə dair yalan məlumat yayan sosial media istifadəçiləri tənqid edilib.

Bu əsassız şərhlərin əsasının ideoloji qərəzlərə söykənən bir münasibət olduğunu bildirən CFCM, mövzu ilə bağlı dezinformasiya yayanların həqiqət üzə çıxmamış ideoloji qərəzlərini qidalandırmaq üçün hücumu "instrumentallaşdırdıqlarını” vurğuladı.

CFCM-in bəyanatında Milad bazarına edilən "rüsvayçı” hücum şiddətlə pislənilib və alman xalqı ilə həmrəylik mesajı verilib.

Qeyd edək ki, dekabrın 21-də Almaniyanın Maqdeburq şəhərində Milad bazarına avtomobilin hücumu nəticəsində 5 nəfər ölüb, təxminən 60 nəfər yaralanıb. Hücumdan dərhal sonra saxlanılan şübhəli, Səudiyyə Ərəbistanı əsilli həkim Talib A-nın İslam əleyhdarı, ifrat sağçı və sionizm tərəfdarı olduğu aydın olub.

Gülay
OXŞAR XƏBƏRLƏR