Fransa - İsrail oyunundan öncə təhlükəsizlik tədbirləri gücləndirilib

İDMAN
18:47 14.11.2024
232
UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Fransa və İsrail yığmaları arasında keçiriləcək matçdan öncə "Stade de France" stadionunda təhlükəsizlik tədbirləri gücləndirilib.
 
Azarkeşlərin hər hansı müdaxiləsinin qarşısını almaq üçün stadionun meydanı tikanlı hasarlarla əhatə olunub.

Qeyd edək ki, bu gün keçiriləcək Fransa - İsrail görüşünə 20 min bilet satılıb. Komandalar arasında III turun matçında Fransa yığması 4:1 hesablı qələbə qazanıb.
 
///report

OXŞAR XƏBƏRLƏR