Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

İDMAN
11:33 27.08.2022
291
Fransanın "Nant" klubunun erməni əsilli futbolçusu Qor Manvelyan "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarından birini buraxacaq.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı yarımmüdafiəçi "köhlən atlar"la oyun üçün Azərbaycana gəlməyəcək.

Qeyd edək ki, Qor Manvelyan Fransanın U-17 və U-19 yığmalarında çıxış edib.
OXŞAR XƏBƏRLƏR