Fransa klubu "Fənərbaxça"nın gənc futbolçusuna təklif göndərdi

İDMAN
15:14 27.06.2024
175
Fransanın "Lion" klubu "Fənərbaxça"nın yarımmüdafiəçisi İsmail Yükseki heyətinə qatmaq istəyir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fransa komandası 25 yaşlı oyunçunu 10 milyon avro qarşılığında heyətinə qatmağı hədəfləyir. 

İsmail Yüksek hələ klubdan ayrılmaq qərarını verməyib.
 
Bildirilib ki, futbolçu Mourinyonun komandanın başına keçməsindən sonra qərarını yenidən nəzərdən keçirəcək. 

Xatırladaq ki, ötən mövsüm "Fənərbaxça"nın heyətində 47 rəsmi matça çıxan İsmail Yüksek 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR