Fransa klubunun prezidenti Bakıya gəldi - "Qarabağ" Zubiri satacaq?

Fransa klubunun prezidenti Bakıya gəldi - "Qarabağ" Zubiri satacaq?
İDMAN
12:21 16.08.2019
4476
Vinger axtarışında olan Fransanın "Qenqam" klubu "Qarabağ"ın futbolçusu Abdullah Zubirlə ciddi şəkildə  maraqlanır.

AZXEBER.COM sportal.az-a istinadən xəbər verir ki, ötən mövsüm I Liqanı tərk edən klubun prezidenti Bertrand Desplat və idman direktoru Stefan Karno Bakıya gəlib. Onlar 27 yaşlı futbolçunun transferi üçün "Qarabağ"la danışıqlar aparır.

"Qarabağ" Əlcəzair əsilli fransalı futbolçunu 2018-ci ilin yayında "Lans"dan 1 milyon avroya transfer edib.

OXŞAR XƏBƏRLƏR