Fransanın müdafiə naziri Sebastyan Lekornu Livan silahlı qüvvələrini Livanın sonuncu həqiqi dayağı adlandırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransa Livan silahlı qüvvələrinə dəstək verəcəyini açıqlayıb.
Son həftələrdə Livana səfər edən Fransa müdafiə naziri Sebastien Lecornu bu ölkəyə yeni yardımlar edəcəklərini bildirib:
"Livan ordusuna dəstəyimiz uzunmüddətlidir".
Girovlar məsələsinin Fransanın mütləq prioriteti olduğunu vurğulayan Lekornu bu mövzuda Misir, Qətər və İsrail rəsmiləri ilə görüşdüyünü bildirib.
Ayşən