Fransa millisi Bakıya gəldi - FOTOLAR

İDMAN
13:20 19.09.2012
1375
FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək komandaların ölkəmizə gəlişi davam edir.AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycana təşrif buyuran növbəti komandaFransa yığması olub.Dünya çempionatının rəsmi maskotu Top Top Qız bu dəfə də qarşılama ənənəsinə sadiq qalaraq, qonaqları hava limanında qarşılayıb və onlara gül buketləri təqdim edərək qonaqpərvərliyini nümayiş etdirib. Daha sonra qrup şəkli çəkdirənFransa milli komandasının oyunçuları və nümayəndə heyəti kiçik fotosessiyanın ardından qalacaqları otelə yola düşüblər.

OXŞAR XƏBƏRLƏR