Fransa millisinin qapıçısı dünya çempionatları tarixinə düşdü

İDMAN
18:32 13.12.2022
283
Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində İngiltərə ilə oyunda qapısına iki penalti təyin edilən Fransa millisinin futbolçusu Uqo Lyoris mundiallar tarixinə düşüb.

AZXEBER.COM "report"a istinadən bildirir ki, komandasının 2:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada rəqibin iki dəfə penaltidən yararlanması 35 yaşlı qapıçını rekordçu edib.

Lyoris bununla mundiallarda qapısına ən çox penalti göstərilən qolkiper ünvanını ələ keçirib. 2010 və 2018-ci illərdə də dünya çempionatında "üçrənglilər"in qapısını qoruyan dəri əlcək sahibi ümumilikdə 5 dəfə onbirmetrlik zərbə zamanı rəqib oyunçularla üz-üzə qalıb. O, bununla iranlı Nasser Xedjazi və ispaniyalı İker Kasilyasın rekordunu yeniləyib.
OXŞAR XƏBƏRLƏR