Fransa hökuməti Nigerdəki vətəndaşlarını yaxın günlərdə və ən qısa zamanda təxliyə edəcək.
Bu barədə Fransanın paytaxt Niameydəki səfirliyi məlumat yayıb.
Məlumata əsasən, fransızların təxliyəsi Niamey şəhərindən hava yolu ilə həyata keçiriləcək.
Qeyd olunb ki, Nigerdə dövlət çevrilişi həyata keçirən hərbçilər Fransa və müttəfiqlərini ölkənin devrilmiş Prezidenti Məhəmməd Bazumu azad etmək üçün hərbi əməliyyata başlamaq niyyətində ittiham ediblər.
Ölkənin paytaxtında Fransanın Afrikada ən böyük hərbi hava bazası yerləşir və buradakı hərbçilərin sayı təxminən 1500 nəfərdir. Bundan əlavə Niger ərazisində Almaniya, İtaliya və ABŞ-ın hərbi hissələri də mövcuddur.
Xatırladaq ki, iyulun 30-da Nigerin paytaxtı Niameydə Fransa səfirliyi qarşısında böyük etiraz aksiyası keçirilib. Etirazçıların əsas tələbi ölkədən xarici hərbçilərin çıxarılması olub.
///Apa