Fransa olduğu yerdə sülh və əmin-amanlıq yoxdur - Əlcəzairli professor

Fransa olduğu yerdə sülh və əmin-amanlıq yoxdur - Əlcəzairli professor
SİYASƏT
22:26 02.10.2020
1231
Əslində Fransa olduğu yerdə sülh və əmin-amanlıq yoxdur.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə tanınmış əlcəzairli jurnalist, siyasi elmlər professoru Məhəmməd Dxuş deyib.

O, tarixən Fransanın vasitəçi olduğu hər hansı bir qarşıdurmanın daha da kəskinləşdiyini qeyd etdi.

"Tarix Fransanın vasitəçi kimi qatıldığı hər hansı bir qarşıdurmanın əvvəlcədən daha da inkişafa məhkum olduğunu təsdiqləyir. Fransanın iştirakı münaqişələrin böyüməsinə səbəb olur, çünki Fransa heç vaxt bitərəf qalmır. O, mütləq kiminsə tərəfini saxlayır, daha doğrusu, Fransanın marağında olan tərəfin", - professor deyib.

Professor qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi məsələsində Fransa ideoloji baxımdan neytral görünməyə çalışsa da, Ermənistanı siyasi cəhətdən dəstəkləyir, və bu tamamilə qəbuledilməzdir.

"Bildiyiniz kimi, Azərbaycan və Türkiyə bölgədə mühüm tərəfdaşlardır və heç bir ölkənin bu ittifaqı sorğu-suala tutmaq hüququ yoxdur. Əlcəzairdə olmağımıza baxmayaraq, Fransanın bütün səylərinin bölgədəki vəziyyəti pozmağa yönəldiyini çox yaxşı anlayırıq", - mütəxəssis bildirib.

"Hər kəs Fransanın Malidə nə etdiyini gördü. Görürük Fransa Aralıq dənizində sırf enerji maraqlarına görə nələr edir. Və əslində Azərbaycandakı qardaşlarımıza qarşı Ermənistanı dəstəkləyən yeni bir cəbhə açıb. Fransa heç vaxt sülh mənbəyi olmayıb və olmayacaq da", - professor bildirib.

Onun sözlərinə görə, müstəmləkə-metropolu ideologiyası Fransa siyasətində ortadan qaldırılana qədər bu ölkə belə olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
14:23 12.10.2026
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
14:13 12.10.2026
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
14:06 12.10.2026
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:56 12.10.2026
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
“Volkswagen”in satışları kəskin azaldı
13:40 12.10.2026
“Volkswagen”in satışları kəskin azaldı
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
13:36 12.10.2026
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
13:28 12.10.2026
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
13:15 12.10.2026
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
12:57 12.10.2026
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
12:48 12.10.2026
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
12:46 12.10.2026
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
12:38 12.10.2026
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
12:36 12.10.2026
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
12:34 12.10.2026
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov